Qurban bayramı ilə əlaqədar yaradılmış işçi qrupunun iclası keçirilib
16 may 2026 | 12:04
Qurban bayramı ilə əlaqədar yaradılmış işçi qrupunun iclası keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində Qurban bayramı ilə əlaqədar yaradılmış işçi qrupunun iclası keçirilib. İclasda İşçi qrupunun sədri, Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev çıxış edərək Qurban bayramı ilə əlaqədar heyvanların kəsim yerləri üçün müəyyən edilmiş ərazilərdə bayram günlərində sanitariya-gigiyena tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsinin vacibdliyini vurğulayıb. İclasın gedişində İşçi qrupunun üzvləri ilə mövzu ilə bağlı müzakirələr aparılıb.
İşçi qrupunun üzvləri həmçinin rayon ərazisində heyvanların kəsim məntəqələrinə baxış keçirərək, Qurban bayramı günlərində sanitariya-gigiyena qaydalarına əməl olunması, ərazilərin təmiz saxlanılması və vətəndaşlara göstərilən xidmətin təşkilinə diqqət yetirilməsi barədə məntəqə sahiblərinə müvafiq tövsiyələr verilib.






