Qoyunbinəsi kənd sakinlərinin müraciətləri dinlənilmişdir
06 fevral 2025 | 19:22
Qoyunbinəsi kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonunun Qoyunbinəsi kəndində keçirmişdir. Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri Birinci Qarabağ və Vətən müharibələrində Şəhidlik zirvəsinə ucalmış Qoyunbinəsi kənd sakinlərinin xatirələrinə ucaldılmış abidəni ziyarət edərək xatirələrinə öz ehtiramlarını bildirmişlər.
İcra Hakimiyyətinin Başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların səsləndirdikləri müraciətlərin həll olunması üçün yerində müvafiq tapşırıqlar vermiş,dir. Həlli Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülmüşdür.