Şriftin ölçüsü :

Saytın rəngi :

Qazilər evlərində ziyarət edilib

07 avqust 2022 | 11:41

Qazilər evlərində ziyarət edilib
Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Bütövlükdə, ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən də bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərilir. İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları tərəfindən Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunması uğrunda gedən, Şanlı Qələbə ilə nəticələnən 44 günlük Vətən Müharibəsindəki döyüşlərdə igidlik göstərərkən sağlamlıqlarını itirən qazilərlə mütəmadi olaraq evlərində görüşlər keçirilir, problemləri dinlənilir, qaldırdıqları məsələlərin həlli istiqamətində işlər həyata keçirilir. Növbəti ziyarət zamanı Fərzəliyev Anar Namiq oğlu, Qədirov Məhəmməd Şıxəli oğlu, Zülfüqarov Zülfüqar Əlisəməd oğlu, Qnyazov Emin Etibar oğlu, Qocalı Afiq Nazim oğlu, Vəliyev Eltun Müsabiq oğlu, Xəlilov Rəşad Rəşid oğlu, Məsimov Türkay Coşqun oğlu evlərində ziyarət olunub. Onlara göstərdikləri şücaətə görə təşəkkür edilib, hər zaman dövlətin onların yanında olduğu bildirilib.
Qazilərin səhhəti və problemləri ilə maraqlanılıb, qazilərimizin döyüş yollarına nəzər salınıb, ailə üzvlərinə belə vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıq ifadə edilib.
Qazilər və ailə üzvləri onlara göstərilən diqqətə görə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər