Şriftin ölçüsü :

Saytın rəngi :

Qarlı hava şəraiti ilə əlaqədar Yevlaxda operativ tədbirlər görülür

14 yanvar 2024 | 12:23
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən gecə saatlarından başlayaraq yağan qarın təmizlənməsi üçün operativ tədbirlər həyata keçirilir. Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və texnikaları tərəfindən qar yağmış ərazilərdə küçə və yollar təmizlənir, nəqliyyatın hərəkəti təmin edilir, piyada səkiləri təmizlənərək vətəndaşların hərəkəti asanlaşdırılır.
Təmizləmə işləri şəhərin ayrı-ayrı hissələrində gün ərzində davam etdiriləcəkdir.
Keçidlər