Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraməmmədli kəndində vətəndaşların müraciətləri dinlənildi

22 iyun 2023 | 20:35
Qaraməmmədli kəndində vətəndaşların müraciətləri dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının keçirdiyi ənənəvi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
Növbəti, Qaraməmmədli kəndində keçirilən səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan Şəhər rəhbəri səyyar qəbulların məqsədinin, yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd etmişdir.
Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Şəhər İcra Hakimiyyətinin Başçısına müraciət ediblər.
Kənd sakinlərini dinləyən Şəhər İcra Hakimiyyətinin Başçısı qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını vermişdir.
Görülən işləri müsbət qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər