Qaraməmmədli kənd sakinlərinin müraciətləri dinlənilib
25 fevral 2026 | 14:04
Qaraməmmədli kənd sakinlərinin müraciətləri dinlənilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin növbəti səyyar qəbulu rayonun Qaraməmmədli kəndində keçirilib. Şəhər İcra Hakimiyyətinin Başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Səyyar qəbulda çıxış edən kənd sakinləri kəndlərinin mövcud problemlərindən danışmışlar. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı Şəhər İcra Hakimiyyətinin Başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr vermişdir.






