Şriftin ölçüsü :

Saytın rəngi :

Qaramanlı kəndində keçirilən səyyar qəbulda sakinlərin müraciətləri dinlənildi

25 aprel 2024 | 13:50
Qaramanlı kəndində keçirilən səyyar qəbulda sakinlərin müraciətləri dinlənildi
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Belə ki, Şəhər rəhbəri tərəfindən həm Şəhər İcra Hakimiyyətinin inzibati binasında, həm də mövcud problemlərin yerindəcə öyrənilib həllini sürətləndirmək məqsədilə rayonun kənd və qəsəbələrində təsdiq olunmuş qrafik üzrə hər həftə səyyar qəbullar keçirilir.
Şəhər İcra hakimiyyəti Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu rayonun Qaramanlı kəndində keçirmişdir. Səyyar qəbulda ŞİHB-ı aparatının məsul şəxsləri,rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda sakinlərin söylədikləri arzu və təkliflər diqqətlə dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Səyyar qəbuldan razı qalan sakinlər onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Keçidlər