Şriftin ölçüsü :

Saytın rəngi :

Qaramanlı kənd sakinlərinin müraciətləri dinlənildi

24 iyul 2025 | 13:46
Qaramanlı kənd sakinlərinin müraciətləri dinlənildi
Rayonun Qaramanlı kəndində keçirilən qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, məsul şəxsləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürüldü.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər