Şriftin ölçüsü :

Saytın rəngi :

Pişəvəri küçəsinin uzun illərdir davam edən kanalizasiya problem öz həllini tapmışdır

18 iyun 2025 | 18:13
Pişəvəri küçəsinin uzun illərdir davam edən kanalizasiya problem öz həllini tapmışdır
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən keçirilən vətəndaş qəbullarında səsləndirilən müraciətlərin həlli istiqamətində müvafiq işlər görülür.
Pişəvəri küçəsinin sakinləri Şəhər İcra Hakimiyyətinin Başçısının qəbulunda iştirak edərək yaşadıqları ərazidə kanalizasiya xəttinin illər öncə sıradan çıxdığını, problemin hələ də davam etdiyini, nəticədə axan çirkab suları küçə boyunca və ətrafdakı binaların həyətinə axaraq ətrafa pis qoxu yaydığını bildirərək kanalizasiya xəttlərinin təmir olunmasında köməklik göstərilməsini xahiş etmişlər.
Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq tapşırığı ilə vətəndaşların səsləndirdikləri müraciət yerində araşdırılmış, küçənin qəzalı vəziyyətdə olan kanalizasiya xəttinin təmir edilməsi işlərinə başlanılmışdır. Qısa müddət ərzində küçənin asfalt örtüyü qazılaraq yeraltı yeni kanalizasiya xətti çəkilmiş, problem öz həllini tapmışdır.
Sakinlər problemlərinə həssaslıqla yanaşıldığı üçün Ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər