Şriftin ölçüsü :

Saytın rəngi :

Pişəvəri küçəsinin bir hissəsi əsaslı təmir olunmuşdur

28 avqust 2023 | 14:54
Yevlax şəhərində uzun illərdir təmir olunmadığı üçün istismara yararsız hala düşmüş Pişəvıri küçəsinin bir hissəsi əsaslı təmir olunmuşdur. Belə ki,köhnə asfalt örtüyü qaşınaraq yeni asfalt örtüyü vurulmuş, piyada səkiləri və yeraltı kommunikasiya xətləri bərpa olunmuş, yeni yağış barmaqlıqları quraşdırılmış, nişanlanma xətləri çəkilmişdir. Tikinti norma və standartlarına uyğun olaraq aparılan əsaslı təmir işləri zamanı səkilərə beton səki daşları, tamet piltə düzülmüş, yeni işıq dirəkləri quraşdırılmışdır.
Qeyd edək ki, Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrində görülən bu işlər mərhələli şəkildə davam etdirilir.
Keçidlər