Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirilib

17 mart 2023 | 00:00
Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı keçirilən tədbirdə “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı General leytenant Ənvər Əfəndiyev, Azərbaycan Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun müavini, ədliyyə General leytenantı Xanlar Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, hərbi hissənin şəxsi heyəti iştirak edib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev görüşdə hərbçilərə səmimi təbriklərini çatdırıb, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb bildirmişdir ki, Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbçilərimiz 30 illik Vətən həsrətini cəmi 44 gündə sona çatdırıblar. Bu yolda canını fəda edən Şəhidlərimiz oldu, sağlamlığını qurban verən qazilərimiz oldu. Vətən müharibəsində qazanılan Qələbə tariximizin ən parlaq səhifəsidir. Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, dövlətimizin gücünü, nüfuzunu dünyaya bəyan etdi. Bu Qələbə xalqımızın gələcəyi üçün elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, dünya dövlətləri sırasında daim ən öndə gedəcəkdir. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti bugün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali rəhbərliyi altında özünün ən dinamik inkişaf dövrünü yaşayır. İndi Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti olduğu kimi, rəşadətli Ordusu da regionun ən qüdrətli ordusudur.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı General leytenant Ənvər Əfəndiyev, Azərbaycan Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun müavini, ədliyyə General leytenantı Xanlar Vəliyev Novruz bayramı münasibətilə əsgər və zabitləri təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Hərbi hissənin komandanlığı bayram günündə əsgərlərlə birlikdə keçirilən görüşü yüksək qiymətləndirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib. Bildirib ki, əsgər və zabitlər Ali Baş Komandan cənab İlham Əliyevin əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdırlar.
Çıxış edən hərçbilər göstərilən xüsusi diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən əsgərlərə bayram sovqatları, qiymətli hədiyyələr verilib, Yevlax Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən onlar üçün konsert proqramı təşkil olunub.
Keçidlər