Növbəti vətəndaş qəbulu keçirilmişdir
15 oktyabr 2024 | 15:17
Növbəti vətəndaş qəbulu keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən növbəti vətəndaş qəbulu keçirilmişdir. Şəhər rəhbəri İcra Hakimiyyətinin inzibati binasındakı qəbul otağında baş tutan qəbul zamanı vətəndaşları narahat edən müxtəlif məzmunlu məsələlərlə yaxından tanış olmuş,onların müraciət və təkliflərini həssaslıqla dinləmişdir.
Qəbulun gedişində hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilmiş, tövsiyələr edilmişdir.