Növbəti vətəndaş qəbulu keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasımnda növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həlli istiqamətində tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar ünvanlı sosial yardım,işlə təminat, özünəməşğulluq proqramında iştirak və digər problemlərlə bağlı müraciətlər ediblər. Sakinlərin müraciətləri Şəhər Rəhbəri tərəfindən dinlənilib, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlərin qanunamüvafiq qaydada həll edilməsi üçün müvafiq tapşırıqlar verilib, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən abadlıq quruculuq işlərinə, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.