Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti vətəndaş qəbulu keçirildi

06 dekabr 2022 | 14:04
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların problem və təkliflərinin diqqət mərkəzində saxlanılması Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının əsas prioritetlərindəndir. Belə ki, Şəhər rəhbəri vətəndaşların problemlərini, təkliflərini dinləmək üçün təsdiq edilmiş qrafikə uyğun olaraq hər həftənin ikinci günü İcra Hakimiyyətinin inzibati binasında , hər həftənin dördüncü günü isə müəyyən edilmiş kənd və qəsəbələrdə vətəndaşlarla görüşlər keçirir, sakinləri fərdi şəkildə qəbul edərək, onların qayğıları ilə maraqlanır, problemlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ŞİH-nin inzibati binasında bu gün də bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Şəhər rəhbəri qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləmiş, onların qaldırdıqları məsələlərin qanunvericiliyə uyğun qaydada həlli istiqamətində müvafiq tapşırıqlar vermişdir.
Vətəndaşlar fərdi qaydada qəbul olunmalarından məmnun olduqlarını bildirərək yaradılan şəraitə görə Ölkə Rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər