Növbəti vətəndaş qəbulu keçirildi
Növbəti vətəndaş qəbulu keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi yardım, ev təmirinə köməklik, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, həyətyanı sahə üçün torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciət ediblər.
Şəhər rəhbəri tərəfindən müraciətlər diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara qanunamüvafiq izahatlar verilib.
Qəbula gələn vətəndaşlar ölkəmizdə əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.