Növbəti vətəndaş müraciəti öz müsbət həllini tapmışdır
08 fevral 2025 | 11:17
Növbəti vətəndaş müraciəti öz müsbət həllini tapmışdır
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən keçirilən səyyar qəbullarda vətəndaşlar səsləndirilən məsələlər xüsusi nəzarətə götürülür, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla birlikdə müvafiq işlər görülür.
Şəhər İcra Hakimiyyətinin Başçısının növbəti, rayonun Aran qəsəbəsində keçirdiyi səyyar vətəndaş qəbulu zamanı qəsəbə sakini 2-ci qrup gözdən əlil Əmirova Səidə Köçdü qızı müraciət edərək 1-ci qrup əlil övladları, Səfiyarlı Kənan Səfər oğlu və Əmirov Sənan Səfər oğlunun əlil arabasına ehtiyacı olduğunu bildirmiş, araba ilə təmin olunmasında köməklik göstərilməsini xahiş etmişdir.
Vətəndaşın səsləndirdiyi müraciətlə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti quruma müraciət edilməsi nəticəsində Səidə Əmirovanın övladları əlil arabaları ilə təmin olunmuşlar.