Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti vətəndaş müraciəti öz müsbət həllini tapıb

13 iyul 2026 | 19:40
Növbəti vətəndaş müraciəti öz müsbət həllini tapıb
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyevin rayonun Salahlı,Balçılı, Ağqıraqlı, Varvara,Cırdaxan kəndlərində keçirdiyi səyyar qəbullar zamanı sakinlər gündəlik istifadə etdikləri ümumi uzunluğu 18 kilometr olan Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun asfalt örtüyündə yaranmış qabarma və çalaların təmir edilməsinə ciddi ehtiyac olduğunu bildirərək, yolun təmir edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən məsələnin həllinə köməklik göstərilməsi barədə müraciətinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan yolun asfalt örtüyündə yaranmış qabarma və çalaların təmir olunaraq, vətənaş məmnunluğu təmin edilib.
Keçidlər