Növbəti vətəndaş müraciəti öz həllini tapmışdır
04 iyun 2025 | 15:54
Növbəti vətəndaş müraciəti öz həllini tapmışdır
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rayonun kənd və qəsəbələrində keçirdiyi səyyar vətəndaş qəbulları zamanı sakinlərin səsləndirdikləri məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq işlər aparılır.
Rayonun Tanrıqulular kəndində keçirilən növbəti səyyar qəbul zamanı sakinlər kənddə əvvəllər mövcud olmuş, fəaliyyətini dayandırmış, yararsız halda olan tibb məntəqəsinin binasının təmir olunmasında, fəaliyyətinin bərpa edilməsində köməklik göstərilməsini xahiş etmişlər.
Şəhər İcra Başçısının tapşırığı ilə kənddə əvvəllər mövcud olmuş tibb məntəqəsində təmir işlərinə başlanılmışdır, hazırda işlər sürətlə davam etdirilir. Tibb məntəqəsi binasında aparılan təmir işlərinin qısa müddətdə sona çatdırılaraq yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.
Tanrıqulular və ətraf kəndlərdə yaşayan əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərilməsi üçün zəruri imkanlar yaradılacaq, müasir inventar və avadanlıqla tam təchiz ediləcəkdir. Burada sakinlərə müxtəlif tibbi xidmətlərin göstəriləcəkdir.
Kənd sakinləri görülən işlərə,onlara göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.