Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti vətəndaş məmnunluğu təmin olunub

01 aprel 2026 | 17:44
Növbəti vətəndaş məmnunluğu təmin olunub
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyevin rayonun Aran qəsəbəsində keçirdiyi səyyar görüşdə sakinlər qəsəbə daxili yolların təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən Aran bələdiyyəsinə müraciətlə bağlı müvafiq tədbirlərin görülməsi tövsiyə edilib.
Verilmiş tövsiyəyə uyğun olaraq Bələdiyyə tərəfindən qəsəbədaxili yolların vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib, ərazilərə daş-çınqıl materialı tökülüb və xüsusi texnikalar vasitəsilə hamarlanma işləri aparılıb.
Görülən işlər nəticəsində yolların istifadəyə yararlılığı artırılıb və vətəndaş məmnunluğu təmin edilib.
Keçidlər