Növbəti səyyar vətəndaş qəbulu rayonun Göyük kəndində keçirildi
12 fevral 2026 | 13:45
Növbəti səyyar vətəndaş qəbulu rayonun Göyük kəndində keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Göyük kəndində sakinlərlə səyyar görüş keçirmişdir. Görüşdə Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının,aidiyyəti xidmət təşkilatının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Görüş zamanı sakinlər tərəfindən səsləndirilmiş müxtəlif mövzularda məsələlər aldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






