Növbəti səyyar qəbulda Cırdaxan kənd sakinlərinin müraciətləri dinlənilmişdir
15 fevral 2024 | 13:30
Növbəti səyyar qəbulda Cırdaxan kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxslərinin, rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə rayonun Cırdaxan kəndində keçirmişdir.
Qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilmiş, səsləndirdirilən məsələlərin məsul şəxslər tərəfindən həll edilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Araşdırma tələb edilən məsələlər nəzarətə götürülmüşdür.
Səyyar qəbulu razılıqla qarşılayan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.