Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Yaldili kəndində keçirildi

16 noyabr 2023 | 13:32

Növbəti səyyar qəbul Yaldili kəndində keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbulu rayonun Yaldili kəndində keçirdi.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib.
Şəhər rəhbəri əvvəlcə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
İcra Başçısı həmçinin qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Möhtərəm Prezidentimizin hərtərəfli qayğısı sayəsində bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur.Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Daha sonra sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər