Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Yenicə kəndində keçirilmişdir

12 oktyabr 2023 | 13:49
Növbəti səyyar qəbul rayonun Yenicə kəndində keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların mövcud problemlərini yerində öyrənmək və həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirmişdir.
Rayonun Yenicə kəndində keçirilmiş qəbulda Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri,hüquq mühafizə orqanlarının idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı şəhər rəhbəri tərəfindən yerində tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan digər məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.
Qəbul zamanı həmçinin sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.
Keçidlər