Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Varvara kəndində keçirilib

01 dekabr 2023 | 14:50
Növbəti səyyar qəbul rayonun Varvara kəndində keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Varvara kənd sakinləri ilə keçirdi. Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Sakinləri fərdi qaydada dinləyən Şəhər rəhbəri qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Səyyar görüşdə iştirak edən sakinlər həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə Ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir.
Keçidlər