Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Kövər kəndində keçirildi

08 yanvar 2026 | 18:32
Növbəti səyyar qəbul rayonun Kövər kəndində keçirildi
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev növbəti səyyar qəbulu rayonunun Kövər kənd sakinləri ilə keçirib. Səyyar qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
İcra Başçısı qəbulda iştirak edən sakinləri həssaslıqla dinləmişdir. Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid məsələlər barədə aidiyyəti qurumlara müvafiq göstərişlər vermişdir. Həlli araşdırma tələb edən və Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə araşdırılması, aidiyyəti üzrə göndərilməsi məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülmüşdür
Keçidlər