Növbəti səyyar qəbul rayonun Kövər kəndində keçirildi
Növbəti səyyar qəbul rayonun Kövər kəndində keçirildi
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu rayonunun Kövər kəndində keçirib. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri Birinci Qarabağ və Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış Kövər və Kolanı kənd sakinlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək xatirələrinə öz ehtiramlarını bildiriblər.
Şəhər rəhbəri çıxış edərək son illərdə Respublikamızın o cümlədən rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.
İcra Başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları bəzi məsələlərin həll olunması üçün yerində müvafiq tapşırıqlar verib. Həlli Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara müraciət edilməsi üçün nəzarətə götürülüb.