Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Hürüuşağı kəndində keçirildi

08 dekabr 2023 | 13:40
Növbəti səyyar qəbul rayonun Hürüuşağı kəndində keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbul-görüşünü rayonun Hürüuşağı kənd sakinləri ilə keçirib. Hürüuşağı kənd tam orta məktəbin akt zalında keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Şəhər rəhbəri çıxış edərək, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda aparılan Vətən müharibəsində qazanılan Qələbədən, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, yaralanmış şəxslərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb, son illər rayonun sosial-iqtisadi inkişafı, aparılan tikinti-abadlıq işləri barədə məlumat verib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildirərək, yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər