Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Əcəmi kəndində keçirilmişdir

14 dekabr 2023 | 18:06
Növbəti səyyar qəbul rayonun Əcəmi kəndində keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Əcəmi kəndində növbəti səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir.
Qəbulda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev,rayonun hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Şəhər İcra Hakimiyyətinin Başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın mötəşəm qələbə ilə işğaldan azad olunmasından, ölkəmizdə əldə olunan uğurlardan, xalqımızın rifahı və ölkəmizin tərəqqisi naminə atılan müdrik addımlardan, həmçinin rayonda görülən işlərdən ətraflı danışmışdır.
Qəbulda iştirak edən sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxslərinə və qəbulda iştirak edən aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Sakinlər ölkəmizdə,rayonumuzda həyata keçirilən aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Keçidlər