Növbəti səyyar qəbul rayonun Duzdaq qəsəbəsində keçirildi
10 aprel 2023 | 15:50
Növbəti səyyar qəbul rayonun Duzdaq qəsəbəsində keçirildi
Qəbulda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və qəsəbə sakinləri iştirak edib.
Qəbul zamanı Şəhər rəhbəri çıxış edərək son illər ölkəmizdə o cümlədən Yevlaxda aparılan abadlıq və quruculuq işləri haqqında qəsəbə sakinlərinə geniş məlumat verdi.
Qəbul zamanı sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.