Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Aran qəsəbəsində keçirilmişdir

21 yanvar 2025 | 14:16
Növbəti səyyar qəbul rayonun Aran qəsəbəsində keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Aran qəsəbəsində keçirmişdir. Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, xidmət təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak etmişlər.
Şəhər rəhbəri qəbulda sakinlər tərəfindən səsələndirilən ayrı-ayrı sahələrə dair müraciətləri həssaslıqla dinləmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar və tövsiyələr vermişdir.
Səyyar qəbuldan razı qalan sakinlər onlara yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişilər.
Keçidlər