Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Qaraməmmədli kəndində keçirilmişdir

13 iyun 2024 | 14:46
Növbəti səyyar qəbul Qaraməmmədli kəndində keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Qaraməmmədli kənd sakinləri ilə keçirmişdir.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən kənd sakinləri diqqətlə dinlənilmiş, onların səsləndirdikləri məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilmişdir. Sakinləri narahat edən problemlərin bir neçəsi yerindəcə öz həllini tapmış, həlli araşdırma tələb edən məsələlər isə nəzarətə götürülmüşdür.
Keçidlər