Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Nemətabad kəndində keçirilib

13 oktyabr 2022 | 13:20
Növbəti səyyar qəbul Nemətabad kəndində keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbulunu Nemətabad kəndində keçirdi. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak edirdi.
Şəhər rəhbəri vətəndaşlarla görüşdə ölkə Prezidenti Cənab İlham Əliyevin əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirildiyini qeyd etmişdir. Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.
Keçidlər