Növbəti səyyar qəbul Nemətabad kəndində keçirildi
18 iyul 2024 | 12:59
Növbəti səyyar qəbul Nemətabad kəndində keçirildi
Təsdiq olunmuş qrafikə uyğun olaraq, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxslərinin, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmış, bütün bunların vətəndaşların yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə hesablandığını qeyd etmişdir.
Qəbulun gedişində vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən Şəhər İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli istiqamətində əlaqədar təşkilat rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Digər məsələlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf və sabitlik üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.