Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Malbinəsi kəndində keçirilmişdir

18 may 2023 | 13:25
Növbəti səyyar qəbul Malbinəsi kəndində keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qəbulda Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Yevlax rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edərək,rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiiyi sakinlərin nəzərinə çatdırdı.
Qəbul zamanı Şəhər rəhbəri tərəfindən sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər İcra Hakimiyyətinin Başçısı müraciətlərlə bağlı qəbulda iştirak edən aidiyyəti qurumların məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.
Keçidlər