Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul keçirildi

07 iyul 2022 | 14:40

Növbəti səyyar qəbul keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının səyyar qəbul qrafikinə uyğun olaraq növbəti qəbul rayonun Nərimanabad kəndində keçirildi. Səyyar qəbulda ŞİHB aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Qəbul zamanı sakinlər tərəfindən ayrı-ayrı sahələrə dair səsləndirilən məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib. Bəzi məsələlər həlli üçün müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar tərəfindən nəzarətə götürüldü, digər məsələlər barədə isə sakinlərə qanunamüvafiq izahatlar verildi.
Şəhər Rəhbəri qəbul zamanı vətəndaşların problemlərinin dinlənilməsi və operativ həll edilməsi məqsədilə yaradılmış Rəqəmsal İcra Hakimiyyəti Portalı barədə də sakinlərə məlumat verib, sakinlərə vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portala müraciət etməyi tövsiyə edib
Sakinlər problemlərinə həssaslıqla yanaşıldığı üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər