Növbəti səyyar qəbul Gülövşə kəndində keçirildi
16 may 2024 | 14:15
Növbəti səyyar qəbul Gülövşə kəndində keçirildi
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu rayonun Gülövşə kəndinin sakinləri ilə keçirmişdir.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etmişdir.
Şəhər rəhbəri tərəfindən qəbul zamanı səsələndirilən şifahi sorğulara cavablar verilmiş, bir sıra məsələlərin həllinə nail olunmuş, bəzi müraciətlərinin həllində səlahiyyətləri daxilində müvafiq köməklik köməklik göstərilməsi üçün aidiyyəti qurumlara tapşırıq və tövsiyələr verilmişdir.