Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Əkşəm kəndində keçirilmişdir

13 iyul 2023 | 18:06
Növbəti səyyar qəbul Əkşəm kəndində keçirilmişdir
Yevlax Şəhər İcra hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Əkşəm kəndinin sakinləri ilə görüşüb. Görüşdə Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Şəhər rəhbəri çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Yevlaxda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə geniş məlumat verilmişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri müxtəlif məzmunlu məsələlərlə bağlı müraciətlər etmişlər.Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı Şəhər rəhbəri aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyyələr vermişdir.
Sakinlər onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirərək, bütün bunlara görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Keçidlər