Növbəti səyyar qəbul Əcəmi kəndində keçirildi
Növbəti səyyar qəbul Əcəmi kəndində keçirildi
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev tərəfindən qrafikə uyğun olaraq növbəti səyyar qəbul rayonun Əcəmi kəndində keçirildi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etdi.
Şəhər rəhbəri çıxışı zamanı kənd sakinlərini salamladı, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və rayonumuzda aparılan tikinti-quruculuq işlərindən
Səyyar qəbulda kənd sakinlərinin müxtəlif məsələlərə aid müraciətləri dinlənildi. Qaldırılan məsələlərin bəzilərinin həllinə nail olunması məqsədilə Şəhər İcra Hakimiyyəti Başçısı yerində aidiyyəti təşkilatlara müvafiq göstərişlər verdi.
Səyyar qəbulda iştirak edən sakinlər problemlərinin dinlənilməsi üçün yaradılan şəraitə , göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.