Növbəti küçəyə yeni asfalt örtüyü salınmışdır
30 noyabr 2025 | 12:14
Növbəti küçəyə yeni asfalt örtüyü salınmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrində asfaltlanma işləri davam etdirilir.
Görülən işlər çərçivəsində uzunluğu 540, eni 6 metr olan 28 May küçəsinə giriş-çıxış yolları da daxil olmaqla 3600 kv metr yeni asfalt örtüyü salınmışdır.
Qeyd edək ki, şəhərin küçələrinin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir.






