Növbəti küçəyə yeni asfalt örtüyü salınmışdır
15 noyabr 2025 | 10:55
Növbəti küçəyə yeni asfalt örtüyü salınmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə şəhərin küçələrində asfaltlanma işləri davam etdirilir.
Görülən işlər çərçivəsində şəhərin Çənlibel yaşayış massivində uzunluğu 520, eni 7 metr olan S.Ruhulla küçəsinə giriş-çıxış yolları da daxil olmaqla ümumilikdə 3990 kv metr yeni asfalt örtüyü salınmışdır.
Qeyd edək ki, S.Ruhulla küçəsinə sonuncu dəfə 1980-ci ildə asfalt örtüyü vurulmuşdur. Uzun illər istismar olunduğundan yol yararsız hala düşmüşdür.
Şəhərin küçələrinin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir.






