Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti dəfə vətəndaşların müraciətləri dinlənildi

21 fevral 2023 | 13:13
Növbəti dəfə vətəndaşların müraciətləri dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti dəfə vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Qəbula yazılan vətəndaşların səsləndirdikləri müraciətlər əsasən işlə təminat, torpaq sahəsi ilə təminat, xəstəliklə əlaqədar olaraq müalicə və digər məsələlərdən ibarət olub.
Müraciətləri dinləyən Şəhər rəhbəri İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələləri nəzarətə götürüb, səsləndirilən problemlərin bir çoxu yerində öz həllini tapıb. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara ünvanlanmaq üçün qeydiyyata alınıblar.
Keçidlər