Nizami prospektinin bir hissəsinə yeni asfalt örtüyü salınmışdır
20 fevral 2025 | 12:42
Nizami prospektinin bir hissəsinə yeni asfalt örtüyü salınmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə müvafiq işlər görülür. Həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində şəhərin ümumi uzunluğu 8100 metr olan Nizami prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Fizuli küçəsi ilə kəsişməsinədək 264 metrlik hissəsinə giriş-çıxış yolları ilə birlikdə 4485 kv metr asfalt örtüyü salınmış, 550 p/metr yeni beton səki daşları düzülmüşdür.
Hazırda Nizami prospektinin digər hissəsində abadlıq və yenidənqurma işləri davam etdirilir.