Nərimanabad kəndində səyyar qəbul keçirilmişdir
20 iyul 2023 | 14:02
Nərimanabad kəndində səyyar qəbul keçirilmişdir
Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqlar Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının fəaliyyətinin əsas istiqamətini təşkil edir. Şəhər İcra Hakimiyyətində keçirilən qəbullarla yanaşı Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev sakinlərin rahatlığı üçün qabaqcadan elan olunmuş qrafikə uyğun olaraq ayrı-ayrı yaşayış məntəqələrində də səyyar qəbul-görüşlər keçirib narahatlıq yaradan problemlərlə tanış olur və onların həlli ilə bağlı lazımi tədbirlər müəyyənləşdirir.
Növbəti belə səyyar görüş-qəbul rayonun Nərimanabad kəndində keçirilib. Şəhər İcra hakimiyyəti Başçısı aparatının, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərlərinin iştirakı ilə keçən səyyar görüş-qəbuldan sakinlər məmnun qaldıqlarını ifadə ediblər. Şəhər rəhbəri sakinlərin qaldırdığı məsələləri, irəli sürdükləri təklifləri həssaslıqla dinləyərək onların həlli ilə əlaqədar aidiyyəti məsul şəxslərlə birgə konkret tədbirlər müəyyənləşdirib.
Çıxış edən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər.
Sakinlər həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən digər işlərə görə ölkə rəhbərliyinin ünvanına çoxsaylı minnətdarlıqlar ifadə olunub. Görüş-qəbulu yekunlaşdıran Şəhər rəhbəri sakinlərin qaldırdıqları məsələlərin vaxtında həllinin təmin olunması ilə bağlı bir daha aidiyyəti məsul şəxslərə tövsiyə və tapşırıqlarını verib.