Nərd həvəskarları arasında yarış keçirilmişdir
20 iyul 2025 | 12:54
Nərd həvəskarları arasında yarış keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzi Yevlax Gənclər Məkanında “Konstitusiya və suverenlik ili'' çərçivəsində sakinlərin asudə vaxtların maraqlı keçirilməsini təmin olunması məqsədilə nərd həvəskarları arasında oyunlar keçirilmişdir.
Oyunların açılışında çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova iştirakçıları salamlayaraq onlara uğurlar arzulamışdır.
Yarışda Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə Gənclər və İdman Sektorunun, Gənclər İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran Regional nümayəndəliyinin, “Yevlax Gənclər evi” Sosial Xidmət Müəssisəsinin əməkdaşları, rayon ağsaqqalları və gənclər iştirak etmişlər.
Maraqlı,əyləncəli və gərgin keçən yarışların sonunda qalib olmuş Fuad Abdullayevə Şəhər İcra Hakimiyyəti tərəfindən mükafat olaraq nərd taxtası təqdim olunmuşdur.






