Nəmirli kəndində sakinlərin problem və təklifləri dinlənildi
10 noyabr 2022 | 14:25
Nəmirli kəndində sakinlərin problem və təklifləri dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların həllini təmin etmək məqsədilə növbəti ənənəvi səyyar göruşü Qaramanlı kənd İƏD üzrə nümayəndəliyinə daxil olan Nəmərli kənd sakinləri ilə oldu. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
ŞİH Başçısı Başçısı kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən ətraflı danışdı.
ŞİH Başçısı qəbulda iştirak edən sakinlərin onları narahat edən müxtəlif məzmunlu məsələlərlə bağlı müraciətlətlərini və təkliflərini dinlədi.Hər bir müraciətə həssaslıqla yanaşan Şəhər rəhbəri qaldırılan məsələlərin öz həllini tapması üçün yerində müvafiq tapşırıqlar verdi.
Səyyar görüşdə iştirak edən kənd sakinləri Ölkə Rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.