Şriftin ölçüsü :

Saytın rəngi :

Nəmirli kənd sakinlərinin müraciətləri dinlənilib

12 mart 2026 | 16:03
Nəmirli kənd sakinlərinin müraciətləri dinlənilib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Nəmirli kəndində keçirib.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, xidməti təşkilatların rəhbərləri iştirak ediblər.
Qəbul zamanı İcra Hakimiyyətinin Başçısı kənd sakinlərini dinləyərək səsləndirilən müraciətlərin həlli ilə bağlı aidiyyəti qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər, tövsiyələr verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Keçidlər