Nemətabad kənd sakinlərinin müraciətləri dinlənilmişdir
09 may 2025 | 13:48
Nemətabad kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Nemətabad kəndində keçirmişdir. Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
İcra Hakimiyyətinin Başçısı tərəfindən səyyar qəbul zamanı sakinlərin müxtəlif məzmunlarda səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmiş, həlli araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülmüşdür.