Nazir müavini Yevlaxda vətəndaşları qəbul edib
09 sentyabr 2022 | 09:46
Nazir müavini Yevlaxda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev sentyabrın 8-də Yevlax rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.