Naftalanda müalicə alan Yevlaxdan olan qazilər ziyarət edildi
19 may 2025 | 16:50
Naftalanda müalicə alan Yevlaxdan olan qazilər ziyarət edildi
Yevlax və Naftalan Şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə növbəti dəfə reallaşan sosial layihə çərçivəsində Yevlaxdan bir qrup qazi ölkəmizin müalicəvi turizm mərkəzi sayılan Naftalan şəhərində fəaliyyət göstərən “Gold Naftalan” müalicə və sağlamlıq mərkəzində müayinə olunaraq müalicə alırlar.
İcra başçıları Anar Tağıyev və Vüqar Novruzov müalicə-sağlamlıq mərkəzində qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə tanış olub, müalicə prosesi ilə maraqlanıblar.
Qazilər onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib və buna görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.