Şriftin ölçüsü :

Saytın rəngi :

Müraciətlərin həlli üçün göstərişlər verilmişdir

24 avqust 2023 | 14:04
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin növbəti səyyar qəbulu rayonun ən ucqar yaşayış massivlərindən biri olan Hacımahmudlu kəndində keçirilmişdir. ŞİH Başçısı çıxışında Möhtərəm Prezidentimiz,Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın regionlarının günü-gündən inkişaf etməsi, ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artmasından bəhs etmişdir.
Qəbulda iştirak edən sakinlər Ölkə başçısına doğma Azərbaycanımızın gündən-günə çiçəklənməsi, iqtisadi qüdrətinin artması və insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətindəki yorulmaz fəaliyyətində uğurlar arzulamışlar. Bugünki güzaranlarından böyük razılıqla danışan kənd sakinləri səyyar görüşdə bəzi çatışmazlıqları da məsul şəxslərin diqqətinə çatdırmışlar. Qaldırılan məsələlərin və problemlərin operativ həllinə nail olmaq üçün ŞİH Başçısı müvafiq təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını vermişdir. Görüşün nəticəsindən razı qalan sakinlər bir daha Ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər